Gömrük işləri üzrə mütəxəssis təcrübəçi

Gömrük işləri üzrə mütəxəssis təcrübəçi

Баку, Низаминский район

Описание вакансии

Gömrük işləri üzrə mütəxəssis təcrübəçi (ödənişli-ödəniş təcrübəçi tərəfindən olunur)

Sizin öhdəlikləriniz (Nələr öyrənəcək və edəcəksiniz):

  • Gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin (İnvoys, Packing list, CMR, Mənşə sertifikatı və s.) yoxlanılması və arxivləşdirilməsində iştirak etmək.

  • Malların XİF TN kodlarının təyin edilməsi prosesini praktiki olaraq öyrənmək.

  • "Smart Customs" və digər elektron gömrük portalları ilə iş prinsiplərini mənimsəmək.

  • Gömrük bəyannamələrinin layihələrinin hazırlanmasında rəhbərə köməklik göstərmək.

  • Gömrük şöbəsinin gündəlik korrespondensiya və daxili hesabatlıq işlərinə dəstək olmaq.

Namizədə dair tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Logistika, Beynəlxalq münasibətlər, Hüquq və ya Gömrük işi sahəsində sonuncu kurs tələbələri və ya yeni məzunlar).

  • Gömrük sahəsinə, xarici ticarətə və logistikaya yüksək maraq və karyera qurmaq istəyi.

  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (İngilis və ya Rus dili biliyi üstünlükdür).

  • MS Office proqramları (xüsusilə Excel) ilə başlanğıc səviyyədə işləmək bacarığı.

  • Analitik düşüncə, diqqətlilik və komandada işləmək həvəsi.

Biz nə təklif edirik?

  • Gömrük və XİF sahəsində peşəkar komandadan real iş təcrübəsi qazanmaq imkanı.

  • Təcrübə müddətini uğurla başa vuran namizədlərə rəsmi Sertifikat

  • Təcrübə dövründə yüksək nəticə göstərən namizədlərin şirkətdə daimi işə qəbul edilməsi şansı.

  • Müasir və mehriban ofis mühiti.

Посмотреть контакты работодателя

Адрес

Похожие вакансии

Хотите оставить вакансию?

Заполните форму и найдите сотрудника всего за несколько минут.
Оставить вакансию