Kredit məhsulları barədə müştərinin məlumatlandırılması.
Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək.
Kredit və girovların monitorinqinin həyata keçirilməsi.
Kredit portfelinin göstəricilərinə əsasən təhlillər aparmaq.
Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək.
Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində baş verən dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirməklə kreditin verilməsi barədə yekun rəy bildirmək.
Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların tələblərinin qorunmasına nəzarət edilməsi.
İş yeri: Bakı.
İş qrafiki (I-V 09:00-dan 18:00-dək).
Tələblər:
Namizədə tələblər
Ali təhsil, Mühasibatlıq/Maliyyə/İqtisadiyyat və ya oxşar sahlələrdə Bakalavr dərəcəsi.
Yüksək ünsiyyət və izah etmə qabiliyyəti, həmçinin analitik düşüncə tərzinə malik olmalı.
Məsuliyyətlilik və detallara qarşı diqqətlilik.
Operativ qərarvermə qabiliyyəti.
Bank sahəsində müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır).
MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı .