Marketinq köməkçisi / SMM-mütəxəssisi — Dodo Pizza, Azerbaijan

Dodo Pizza

Marketinq köməkçisi / SMM-mütəxəssisi — Dodo Pizza, Azerbaijan

Баку, Ясамальский район, улица Аббаса Мирзы Шарифзаде, 44A

Описание вакансии

Əsas vəzifələr:
  • Enerjili, məsuliyyətli və təşkilatçı bir mütəxəssis axtarırıq. O, marketoloqun sağ əli olacaq və brendin gündəlik əməliyyat, SMM və marketinq proseslərində dəstək göstərəcək.

    Əsas vəzifələr

    1.⁠ ⁠Kontent və SMM

    Kontent çəkilişi: Reels, Stories və digər qısa video formatları (mobil çəkiliş).

    Instagram, TikTok və digər platformalarda paylaşımlar və vizual tərtibat.

    Kontent planının hazırlanması və yenilənməsi.

    UGC kontentinin seçilməsi və işlənməsi (qonaqlardan gələn materiallar).

    Hazır dizaynların Figma və Illustrator vasitəsilə sadə adaptasiyaları.

    Çəkiliş ssenarilərinin hazırlanmasında iştirak (lazım olduqda).

    Trendlərin izlənməsi və aktual formatların yaradılmasında iştirak.


    2.⁠ ⁠Sosial şəbəkələrin idarə edilməsi və kommunikasiya

    Instagram Direct mesajlarına və şərhlərə cavab vermək.

    Digər sosial platformalarda mesaj və şərhlərin moderasiyası.

    Google rəyləri ilə işləmək (cavablandırma və analiz).

    Brendin korporativ üslubunu (tone of voice) qorumaq.

    Operativ şəkildə Stories paylaşmaq (real-time).


    3.⁠ ⁠CRM və marketinq prosesləri

    Push-bildirişlərin hazırlanması və göndərilməsi.

    Aksiyaların və təkliflərin CRM sistemində yerləşdirilməsi.

    Promokodların və promo-mexanikaların qurulması.

    Aksiyalar, CRM göstəriciləri və kampaniya nəticələri üzrə müntəzəm hesabatların hazırlanması.

    Aksiyaların sayt və tətbiqdə düzgün əks olunduğunun yoxlanılması.


    4.⁠ ⁠Əməliyyat marketinqi və digər tapşırıqlar

    Lokal marketinq kampaniyalarının hazırlanması və icrasında iştirak.

    Promoaksiyalar, sosial media göstəriciləri, vizuallar və bloqerlər üzrə statistikanın toplanması.

    Daxili cədvəllərin, sənədlərin və iş qrafiklərinin aparılması.

    Dizayner, istehsalat və əməliyyat komandaları ilə koordinasiya.

    Rəqiblərin və bazar trendlərinin monitorinqi.

    Çəkiliş günləri, tədbirlər və promo-aktivliklərin təşkilinə dəstək.

    Bazar üzrə ilkin məlumatların toplanması: rəqib qiymətləri, kampaniyalar, trend araşdırmaları.

    Sosial media KPI-ları üzrə hesabatların hazırlanması (artım, əhatə, interaksiya).

    POS-materialların koordinasiyası (mövcudluq, sifariş, yenilənmə).

    Marketinq şöbəsinin kiçik inzibati tapşırıqlarının icrası.

    Tələblər

    SMM və ya marketinq sahəsində təcrübə — üstünlükdür.

    Mobil çəkiliş və basic montaj bacarıqları.

    Figma/Illustrator proqramlarında sərbəst işləmə bacarığı.

    Azərbaycan və rus dillərində savadlı və düzgün yazı bacarığı.

    Biz təklif edirik:

    Beynəlxalq brend komandasında iş imkanı.

    Marketinq sahəsində peşəkar inkişaf və öyrənmə perspektivi.

    Dinamik və pozitiv komanda mühiti.

    Yaradıcılıq və təşəbbüs üçün geniş imkanlar.

    Bazardan yüksək, stabil əməkhaqqı.

​​​​​

Посмотреть контакты работодателя

Адрес

Похожие вакансии

KONSIS
Полный день
  • Баку

  • до 900 AZN

Рекомендуем

Хотите оставить вакансию?

Заполните форму и найдите сотрудника всего за несколько минут.
Оставить вакансию